CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Borclu müştərinin şəklinin binalara vurulmasına aydınlıq gətirildi

© Sputnik / Anar MustafayevЗаклеенная объявлениями стена жилого дома в Баку
Заклеенная объявлениями стена жилого дома в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
"İstənilən halda borclu müştəriyə qarşı belə bir addımın atılması yolverilməzdir"

Nigar Məhərrəm, Sputnik Azərbaycan.

BAKI, 6 noyabr — Sputnik. Oxu.az xəbər portalında dərc olunan məlumatda deyilir ki, qadın müştərinin borcunun olduğuna görə, “ABC Telecom” Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinə müraciət edib. Yayılan məlumatda qeyd olunur ki, məhkəmə qadının 1583 manat borcunun ödənilməsi ilə bağlı qərar çıxarıb. Məlumatda borcunu ödəmədiyi üçün qadının şəklinin şirkət tərəfindən Səbail rayonu ərazisindəki binalara yapışdırıldığını iddia edilir.

Məsələyə aydınlıq gətirmək üçün Sputnik Azərbaycan-ın əməkdaşı "ABC Telecom" ilə əlaqə saxlayıb. Şirkətdən yaxın müddətdə sorğumuza cavab veriləcəyi bildirilib.

"ABC Telecom" MMC-nin sahib olduğu "Kontakt Home" mağazalar şəbəkəsinin operatoru isə Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq bildirib ki, bu məlumat yanlışdır: "İstənilən halda borclu müştəriyə qarşı belə bir addımın atılması yolverilməzdir. Yayılan məlumat yanlışdır. Çünki aylıq ödəniş müddətinə bir neçə gün qalmış şirkətimiz tərəfindən müştərilərə xəbərdarlıq edilir. Müştəri ödəniş etmədikdə isə bunun səbəbləri araşdırılır".

Qeyd edək ki, yayılan xəbərdə borclu olduğu iddia edilən qadının ad, soyad və ata adı olmadığı üçün şəxsin həqiqətən də şirkətin müştərisi olub-olmadığını, borclu olub-olmadığını dəqiqləşdirə bilmədik. Şəxsin kimliyini anonim saxlamağı vəd etsək də, ilkin mənbə bu məlumatları bizə ötürməkdən imtina etdi.

Xəbər lenti
0