Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Gələn ilin büdcəsində neftin nəzərdə tutulan qiyməti məlum oldu

Abunə olmaq
Nazir müavini: "2019-cu ildə də xərclərin sosialyönümlü olması diqqətdə saxlanılıb"

BAKI, 6 noyabr - Sputnik. "2019-cu ilin dövlət büdcəsinin layihəsi "Büdcə sistemi haqqında" qanuna, Azərbaycanın milli iqtisadiyyatının başlıca sektorlar üzrə strateji yol xəritəsinə, habelə dünya və Azərbaycan iqtisadiyyatında gözlənilən meyllərin təhlili əsasında formalaşıb. Büdcənin sabitliyi və orta müddətli dayanıqlılığının təmin edilməsi xüsusi əhəmiyyət kəsb edir".

Рабочее место депутата парламента Азербайджана - Sputnik Azərbaycan
CƏMİYYƏT
Sosial sığorta sistemində yeniliklər gözlənilir

Sputnik Azərbaycan xəbər verir ki, bunu maliyyə nazirinin birinci müavini İlqar Fətizadə parlamentdə gələn ilin büdcəsinin müzakirəsi zamanı deyib. Onun sözlərinə görə, 2019-cu il dövlət büdcəsinin tərtibatına başlayaraq növbəti illərin dövlət və icmal büdcələri yeni qəbul olunmuş büdcə qaydasına müvafiq olaraq hazırlanacaq.

Nazir müavini bildirib ki, 2019-cu ildə ümumi daxili məhsulun 3,6 faizlik, qeyri-neft sektorunda 3,9 faizlik real artım sürəti, dövlət büdcəsi və Dövlət Neft Fondunun gəlirlərinin hesablanmasında isə bir barel xam neftin satış qiyməti 60 ABŞ dolları səviyyəsində qəbul edilib: "Bütövlükdə dünaya iqtisadiyyatında cərayan edən proseslərin Azərbaycan iqtisadiyyatına mənfi təsirinin qarşısının alınması 2019-cu ildə həyata keçiriləcək monetar və fiskal siyasətin əsas prioritetlərindən biri kimi gündəlikdə durmaqdadır".

"2019-cu il üçün dövlət büdcəsinin gəlirləri ümumi daxili məhsulun 28 faizi həcmində olmaqla, mütləq ifadədə 22 milyard 918 milyon manat təşkil edəcək. Bu da cari illə müqayisədə 769 milyon manat və ya 3,5 faiz çoxdur. Gəlirlərin 9 milyard 217 milyon manatı və ya 40,2 faizi qeyri-neft sektoru üzrə daxilolmaların, 13 milyard 700 milyon manatı və ya 59,8 faizi neft gəlirlərinin payına düşəcək. 2019-cu ildə Vergilər Nazirliyin xətti ilə proqnozlaşdırılan daxilolmalar 7 milyard 316 milyon manat, Dövlət Gömrük Komitəsi xətti ilə proqnozlaşdırılan daxilolmalar isə 3 milyard 452 milyon manat səviyyəsində qiymətləndirilir. Dövlət Neft Fondundan transfert isə 11 milyard 364 milyon manat müəyyən edilib. Büdcə təşkilatlarının ödənişli xidmətləri hesabına 627 milyon manat, digər daxilolmalar üzrə 159 milyon manat vəsaitin daxil olacağı nəzərdə tutulur" - deyə İ.Fətizadə vurğulayıb.

Nazir müavini diqqətə çatıdırb ki, əvvəlki illərdə olduğu kimi, 2019-cu ildə də xərclərin sosialyönümlü olması diqqətdə saxlanılıb: "2019-cu il dövlət büdcəsinin xərcləri ümumi daxili məhsulun 30 faizi həcmində olmaqla, mütləq ifadədə 24 milyard 780 milyon manat təşkil edəcək. Dövlət büdcəsi xərclərinin 12 milyard 554 milyon manatı və ya 50,7 faizi cari xərclərə, 9 milyard 891 milyon manatı və ya 39, 9 faizi əsaslı xərclərə, 2 milyard 335 milyon manatı və ya 9,4 faizi dövlət büdcəsinə xidmətlə bağlı xərclərə yönəldiləcək".

"2019-cu ilin dövlət büdcəsinin xərclərində konkret proqram və tədbirlərin maliyyələşməsi üçün 10 milyard 314 milyon manat və ya 41,6 faiz həcmində dövlət büdcəsindən vəsait yönəldiləcək. Bu da cari illə müqayisədə 2 milyard 77 milyon manat və ya 25,2 faiz çoxdur. Növbəti ildə sosial tədbirlərə aid olan elm, təhsil, səhiyyə, sosial təminat, mədəniyyət, gənclər siyasəti ilə bağlı xərclərə 6 milyard 369 milyon manat vəsait sərf ediləcək. Bu da cari illə müqayisədə 787 milyon manat, yəni 14,1 faiz çoxdur. Sosial tədbirlərin xərclərinin dövlət büdcəsi xərcləri tərkibində xüsusi çəkisi cari illə müqayisədə 1,5 faiz bənd artaraq 25,7 faizə, ümumi daxili məhsula nisbətdə isə 0,5 faiz bənd artaraq 7,8 faizə çatacaq" - Fətizadə əlavə edib.

Xəbər lenti
0