CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Paytaxtda 3 yeni xidmət mərkəzi açılacaq

© Photo : DSMF mətbuat xidmətiAzərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev
Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev - Sputnik Azərbaycan
Abunə olmaq
Nazir: "Əlillik sahəsində təyinatlarda 60 faiz azalma var"

BAKI, 6 noyabr - Sputnik. "Noyabrın 19-da vətəndaşlara xidmət edəcək sosial reyestrin təqdimat mərasimi keçiriləcək. Bu reyestr vasitəsilə hər bir vətəndaş öz şəxsi kabinetinə girərək sosial xidmət və müavinətlərinə dair bütün məlumatlarını əldə edəcək".

Sputnik Azərbaycan xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev parlamentdə gələn ilin büdcəsinin müzakirəsi zamanı deyib. Onun sözlərinə görə, əlillik sahəsində təyinatlarda 60 faiz azalma var.

Nazir qeyd edib ki, əhaliyə DOST xidmətləri vasitəsilə də xidmət göstəriləcək: "İlk DOST mərkəzinin cari ilin sonunda açılması gözlənilir. Daha 3 mərkəzin paytaxtda açılması nəzərdə tutulub".

Xəbər lenti
0