Azərbaycanda təhsil xərcləri artırılır

© Sputnik / Murad OrujovЗаседание парламента Азербайджана, фото из архива
Заседание парламента Азербайджана, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Təhsil xərclərinin dövlət büdcəsinin xərcləri tərkibində xüsusi çəkisi 9,2 faiz təşkil edir

BAKI, 6 noyabr-Sputnik. "Gələn il dövlət büdcəsində elm xərcləri üçün 134 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub, bu, cari illə müqayisədə 5 milyon manat və ya 4,2 faiz çoxdur. Sputnik Azərbaycan xəbər verir ki, bunu maliyyə nazirinin birinci müavini İlqar Fətizadə parlamentdə gələn ilin büdcəsinin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişaf Fonduna 4 milyon manat vəsaitin ayrılması proqnozlaşdırılıb: "2019-cu ilin təhsil xərclərinə 2 milyard 275 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur. Bu da cari illə nisbətən 231 milyon manat və ya 11,3 faiz çoxdur. Təhsil xərclərinin dövlət büdcəsinin xərcləri tərkibində xüsusi çəkisi 9,2 faiz təşkil edir".

Qeyd edək ki, dünəndən etibarən Milli Məclisdə gələn ilin dövlət büdcəsi ilə bağlı müzakirələr aparılır. Bu gün İqtisadi siyasət, sənaye və sahibkarlıq, Aqrar siyasət, Təbii ehtiyatlar, energetika və ekologiya, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İctimai birliklər və dini qurumlar komitələrinin birgə iclasında Azərbaycanın 2019-cu il üzrə dövlət büdcəsi zərfinin müzakirəsinə başlanılıb. 

Xəbər lenti
0