Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Nazir müavini: “Vergidən yayınanlara qarşı tədbirlər sərtləşdiriləcək”

© Sputnik / Murad OrujovVergilər nazirinin müavini Sahib Ələkbərov
Vergilər nazirinin müavini Sahib Ələkbərov  - Sputnik Azərbaycan
Abunə olmaq
Vergilər nazirinin müavini Sahib Ələkbərov deyir ki, vergi sahəsində planlaşdırılmış dəyişikliklər sərt addımlarla yanaşı bir sıra müsbət məqamları da əks etdirir
Sahib Ələkbərov: “Vergi Məcəlləsinə edilən dəyişikliklərdə güzəştlər nəzərdə tutulur”

Vergi Məcəlləsinə edilən və 2019-cu ildə qüvvəyə minəcək dəyişikliklər hər bir vergi ödəyicisinin işində şəffaflığın təmin olunmasına, eləcə də biznes mühitin inkişafı üçün optimal şərtlərin yaradılmasına yönəlib.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Trend-ə Vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.

Nazir müavini qeyd edib ki, vergi ödəyiciləri arasında vergidən tam yayınan şəxslər çoxdur: “Sahibkarların əksəriyyəti öz gəlirlərini, kapital dövriyyəsini gizlətməyə çalışır. Bu, ilk növbədə ticarət və xidmət obyektlərini idarə edən şəxslərə aiddir. Dövriyyəni tam gizlədib vergi ödəməyən şəxslər də var, vergiləri qismən ödəyənlər də. Ona görə də bu problemi həll etmək üçün biz vergi siyasətini təkrar nəzərdən keçiririk və vergidən yayınan vergi ödəyiciləri ilə münasibətdə tədbirləri sərtləşdirmək niyyətindəyik. Vergi sahəsində planlaşdırılmış dəyişikliklər sərt addımlarla yanaşı bir sıra müsbət məqamları da əks etdirir. İlk növbədə biz biznes obyektlərində yoxlamaların sayının azaldılmasını təklif edirik. Bundan başqa, Bakıda bizneslə məşğul olan sahibkarların vergi ödəmə şərtlərində dəyişikliklər təklif olunub. Qaydalara əsasən, Bakıda sadələşdirilmiş vergi üzrə ödəmələr 4 faiz, regionlarda 2 faiz təşkil edir. Bu göstəricilərin bərabərləşdirilməsi, həm Bakıda, həm də regionlarda sahibkarların 2 faiz vergi ödəməsi barədə təklifləri var. Dəyişikliklər ölkədə biznes mühitin yaxşılaşması və biznesin təkmilləşməsinə yönəlmiş digər güzəştləri də nəzərdə tutur. Hesab edirik ki, bu tədbirlərin reallaşdırılması həm dövlət, həm də vergi ödəyiciləri üçün müsbət nəticələr verəcək”.

Qeyd edək ki, Vergilər Nazirliyi vergitutma rejiminin təkmilləşdirilməsi və digər tədbirlər vasitəsilə vergitutma bazasının genişlənəcəyini proqnozlaşdırır. Bu barədə vergilər naziri Mikayıl Cabbarov bildirib.

Geniş şərhə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0