CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Facebook" seçkiyə görə onlarla hesabı bağladı

© REUTERS / Dado Ruvic / IllustrationПользователи Facebook
Пользователи Facebook - Sputnik Azərbaycan
Abunə olmaq
Hesabların bağlanması ilə əlaqədar sosial şəbəkə rəhbərliyinə ABŞ hüquq-mühafizə orqanlarından müraciət daxil olub

BAKI, 6 noyabr — Sputnik. "Facebook" şirkəti ABŞ Konqresinə keçiriləcək aralıq seçkiləri öncəsi müəyyən dairələrə bağlılığı olmaqda şübhəli bilinən onlarla hesabı bloklayıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə sosial şəbəkənin yaydığı press-relizdə bildirilir.

Məlumatda qeyd olunur ki, hesabların bağlanması ilə bağlı sosial şəbəkə rəhbərliyinə ABŞ hüquq-mühafizə orqanlarından müraciət daxil olub.

Qeyd edək ki, bundan əvvəl aparılan araşdırma zamanı koordinasiyalı aktivlikdə şübhəli bilinən 30 "Facebook" və 85 "İnstagram" hesabı bağlanıb.  Həmin vaxt bildirilirdi ki, "Facebook"da blok edilən hesablar rus və ya fransız dilində paylaşımlar edirmiş, "İnstagram" hesablarında isə paylaşımlar ingilis dilində olub.

Xəbər lenti
0