https://sputnik.az/20181105/sahibsiz-itlerle-mubarize-dayandirilib-417754285.html
Bakıda sahibsiz itlərlə mübarizə dayandırılıb
Bakıda sahibsiz itlərlə mübarizə dayandırılıb
Sputnik Azərbaycan
"Layihə ilə əlaqədar olaraq yenidənqurma işləri görülür, yeni sığınacaq salınıb, pnevamtik və uyuşdurucu silahlar, xüsusi dərmanlar alınıb" 05.11.2018, Sputnik Azərbaycan
2018-11-05T22:26+0400
2018-11-05T22:26+0400
2021-11-16T21:58+0400
https://cdnn1.img.sputnik.az/img/41716/15/417161547_0:318:3076:2048_1920x0_80_0_0_e7779eab8733f23766c4a8ebd7a00818.jpg
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2018
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41716/15/417161547_256:0:2987:2048_1920x0_80_0_0_bab5724eefeda92f773ead68cec90c14.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər, mübarizə, azərbaycan
xəbərlər, mübarizə, azərbaycan
Bakıda sahibsiz itlərlə mübarizə dayandırılıb
22:26 05.11.2018 (Yenilənib: 21:58 16.11.2021) "Layihə ilə əlaqədar olaraq yenidənqurma işləri görülür, yeni sığınacaq salınıb, pnevamtik və uyuşdurucu silahlar, xüsusi dərmanlar alınıb"
Nigar Məhərrəm, Sputnik Azərbaycan.
BAKI, 5 noyabr — Sputnik. Son vaxtlar paytaxtda sahibsiz itlərin sayı artıb. Paytaxt sakinləri sahibsiz itlərin sayının artmasından narahatlıqlarını dilə gətirirlər.
Sahibsiz Heyvanlara Qarşı Mübarizə İdarəsinin rəisi Mübariz Hüseynov yaranan vəziyyətlə əlaqədar Sputnik Azərbaycan-a açıqlama verib. O hazırda yeni bir layihə ilə əlaqədar olaraq belə heyvanlarla mübarizənin dayandırıldığını bildirib: “Heydər Əliyev Fondu və Bakı Şəhər İcra Hakimiyyətinin birgə layihəsi olan “Toplan” Heyvanların İdarə Mərkəzi”nin hazırlanması ilə bağlı işlər davam edir. Layihə ilə əlaqədar olaraq yenidənqurma işləri görülür, yeni sığınacaq salınıb, pnevmatik və uyuşdurucu silahlar, xüsusi dərmanlar alınıb. Sahibsiz heyvanların sığınacağı üçün yaradılan bu mərkəzdə çoxsaylı yuvalar olacaq”.
M.Hüseynov bildirib ki, bu işlər yekunlaşdıqdan sonra yenidən sahibsiz itlərlə mübarizəyə başlanılacaq: “Hələ ki, itlərin tutulması ilə bağlı heç bir haldan söhbət gedə bilməz. Heç itlərə yaxın getmirik. Quruculuq işləri ilə əlaqədar olaraq sahibsiz itlərlə mübarizəni müvəqqəti dayandırmışıq”.