Məşhur bisnesmen barəsində həbs qərarı çıxarıldı, ölkəyə qayıdan kimi saxlanılacaq

© pixabay / succoMəhkəmə hakiminin çəkici. Arxiv şəkli
Məhkəmə hakiminin çəkici. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Onun ABŞ-da hazırda həbsdə olub-olmamasına dair bu ölkənin müvafiq qurumlarına sorğu göndəriləcək

BAKI, 5 noyabr — Sputnik. Türkiyə məhkəməsi tərəfindən, hazırda ABŞ-da barəsində məhkəmə araşdırılması aparılan, Azərbaycan əsilli, Türkiyə və İran vətəndaşı olan Rza Zərrabın haqqında həbs qərarı çıxarılıb.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, Beykozdakı malikanəsini inşa etdirərkən, mədəniyyət əbidələri və ətraf mühitə ziyan vurmaqda ittiham olunur. Nəticədə ona 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası kəsib. O, Türkiyəyə daxil olan kimi göz altına alınacaq.

© AP Photo / Depo PhotosRza Zərrab
Məşhur bisnesmen barəsində həbs qərarı çıxarıldı, ölkəyə qayıdan kimi saxlanılacaq - Sputnik Azərbaycan
Rza Zərrab

Məhkəmədə tərəflər iştirak etməyib. Hakim Seyda Kibar Yıldırım, Rza Zərrabın ABŞ-da hazırda həbsdə olub-olmamasına dair bu ölkənin Xarici İşlər və Ədliyyə nazirliklərinə sorğu göndərilməsi təlimatını verib.

Qeyd edək ki, R.Zərrab "Xalqbank"-ın keçmiş direktor müavini Hakan Atilla ilə birlikdə ABŞ-da saxlanılmışdı. Məhkəmə prosesində Zərrab "etirafçı" olmağı seçmişdi. Atilla həbs edildikdən sonra Zərrabın da hüquqi statusu müəyyən edilmişdi. Belə ki, Zərrab Nyu-Yorkda "həbs edilmiş şahid" qismində ABŞ Federal Həbsxanalar bürosunun qruplarının nəzarəti altına alınmışdı.

Xəbər lenti
0