BAKI, 5 noyabr — Sputnik. UNICEF-in Yaxın Şərq və Şimali Afrika məsələləri üzrə direktoru Hayrat Kalabari təşkil etdiyi mətbuat konfransında dəhşətli rəqəmləri açıqlayıb.
Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə H.Kalabari çıxışında bu gün Yəməndə 1.8 milyon uşağın həddindən artıq pis qidalandığına diqqət çəkib: “400 min uşağın həyatı risk altındadır. Məhz bu səbəbdən hər il Yəməndə 5 yaşından aşağı 30 min uşaq müəyyən xəstəliklərdən dünyasını dəyişir. Ölkədə hər 10 dəqiqədə 1 uşaq ölür. Uşaqlar normal qidalanarsa, bu ölümlərə “dur” demək mümkün olacaq”.
H.Kalabari müharibə şəraitində yaşayan ölkədə təmiz su çatışmazlığı, zəif qidalanma, dərman və digər preparatların azlığının digər yaş təbəqlərinə də təsirsiz ötüşmədiyini vurğulayıb.