BAKI, 5 noyabr - Sputnik. Azərbaycanın cənub bölgəsində zəlzələ olub. Sputnik Azərbaycan bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində
Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir.
Mərkəzin məlumatında qeyd olunur ki, ilkin məlumatlara əsasən, zəlzələ yerli vaxtla saat 10:05:51-də Lənkəran stansiyasından 16 km qərbdə Lerik ərazisində qeydə alınıb. Zəlzələ 3 bal gücündə hiss olunub. Yeraltı təkanlar yerin 9 km dərinliyində, 3,5 maqnituda gücündə baş verib.
Sputnik Azərbaycan-ın bölgə müxbirinin xəbərinə görə isə zəlzələ zamanı tələfat və güclü dağıntı qeydə alınmayıb.