Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

“Qəzaya” düşən Bərdə sakininin müdhiş fırıldağı üzə çıxdı

© Sputnik / Rahim MuradovPolis şöbəsi
Polis şöbəsi - Sputnik Azərbaycan
Abunə olmaq
Bərdə polisi firmanın pullarını mənimsəyən və qəza ilə bağlı hekayə uyduran dələduzu saxlayıb

BAKI, 5 noyabr — Sputnik. Bərdə rayon Polis Şöbəsinin əməkdaşları firmanın pullarını mənimsəyən və qəza ilə bağlı hekayə uyduran dələduzu saxlayıb. Bu barədə Sputnik Azərbaycan-a AR Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Разговор по телефону в офисе. Архивное фото - Sputnik Azərbaycan
CƏMİYYƏT
Vətəndaşlara qarşı yeni mobil fırıldaq - Aldanmayın

Bərdə rayonunda yerləşən şirkətlərdən birinin maliyyə mütəxəssisi M.Cəfərov noyabrın 2-də axşam saatlarında polisə müraciət edərək bildirib ki, onun “Mercedes” markalı avtomobili Çayırlı kəndi ərazisində yol kənarındakı elektrik dirəyinə dəyib. Cəfərovun sözlərinə görə, yol-nəqliyyat hadisəsi zamanı o, huşunu itirib. O, özünə gələndə avtomobilin siyirtməsindəki firmaya məxsus 52 min manatı tapmayıb.

Cinayət-axtarış bölməsinin əməkdaşları faktı araşdırarkən Cəfərovun yalan danışdığını müəyyən ediblər. Məlum olub ki, o, firmaya məxsus həmin məbləği mənimsəyib. Polis sözügedən pulu Cəfərovun qohumunun - Ağdam rayon sakininin evindən tapıb. Oğurlanmış pullar şirkətə geri qaytarılıb.

Cəfərov isə saxlanılıb. Hazırda faktla bağlı araşdırma davam edir.

Xəbər lenti
0