BAKI, 5 noyabr — Sputnik. Ağstafa rayonunda 14 yaşlı yeniyetmə bədbəxt hadisənin qurbanı olub. Bu barədə Sputnik Azərbaycan-a Ağstafa rayon Polis Şöbəsindən məlumat verilib. Məlumatda bildirilir ki, yeniyetmə arabanın təkəri altında qalaraq həyatını itirib.
Belə ki, rayonun Saloğlu qəsəbəsi ərazisində yerli sakin, 2004-cü il təvəllüdlü İbrahimov Famil Tahir oğlu yol gedərkən aşan arabanın altında qalıb. Araba aşan zaman yeniyetmə ölümcül travma alıb. Oğlan rayon xəstəxanasına aparılarkən yolda keçinib.
Faktla bağlı Ağstafa Rayon Prokurorluğunda araşdırma aparılır.