Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Cənub bölgəsində ziyankar qohum ələ keçdi

© Sputnik / Rahim MuradovTaleh Həsənov
Taleh Həsənov  - Sputnik Azərbaycan
Abunə olmaq
Faktla bağlı AR CM-nin 186-cı (əmlakı qəsdən məhv etmə və ya zədələmə) maddəsi ilə cinayət işi başlanılıb

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 4 noyabr – Sputnik. Qəsdən yanğınlar törədərək bir neçə şəxsin əmlakına ziyan vuran şəxs saxlanılıb. Sputnik Azərbaycan-ın bölgə müxbirinin DİN Mətbuat Xidmətinin Lənkəran Regional Qrupundan əldə etdiyi xəbərə əsasən, oktyabrın 29-da Masallı rayonunun Bədəlan kəndi ərazisində Nicat Həsənova məxsus evdə yanğın hadisəsi baş verib. Nəticədə evin 100 kv metr sahəsi və evdəki əşyalar yanıb.  

© © DİN mətbuat xidmətiHakim Həsənova məxsus “VAZ-2106” markalı minik avtomobili yandırıldıqdan sonra
Cənub bölgəsində ziyankar qohum ələ keçdi - Sputnik Azərbaycan
Hakim Həsənova məxsus “VAZ-2106” markalı minik avtomobili yandırıldıqdan sonra

Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində evi qəsdən yandırmaqda şübhəli bilinən Bədəlan kənd sakini Taleh Həsənov müəyyən edilərək saxlanılıb. RPŞ-nin əməkdaşlarının apardıqları araşdırmalar nəticəsində T.Həsənov tərəfindən törədilən analoji cinayət əməllərinin də üstü açılıb. Belə ki, onun oktyabr ayının 19-dan 31-dək müddətdə həmkəndliləri olan qohumları Vüqar Məmmədzadəyə məxsus mağazasını və anbarını, Hakim Həsənova məxsus “VAZ-2106” markalı minik avtomobilini, Azər Cəbiyevə məxsus “KamAZ” markalı yük avtomobilinin salonunu və eləcə də bir tövləni yandırdığı müəyyən edilib. Saxlanılan Taleh Həsənov tutarlı bir səbəb göstərməsə də, törətdiyi əməli etiraf edib. 

Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186-cı (əmlakı qəsdən məhv etmə və ya zədələmə) maddəsi ilə cinayət işi başlanılıb.

Xəbər lenti
0