BAKI, 4 noyabr — Sputnik. Ankara Uqandadakı səfir Sədəf Yavuzalpı Türkiyənin milli bayramı – Respublika günü münasibəti ilə keçirilən qəbula qədim yunan paltarında gəldiyinə görə geri çağırıb.
“Report” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu öz "Twitter" hesabında yazıb.
Yavuzalpın müvafiq şəkilləri Türkiyə KİV-də və sosial şəbəkələrdə yayılıb. Səfir özü geyim seçimini Türkiyədə 2018-ci ilin Troya ili elan olunması ilə izah edib. Respublika günü oktyabrın 29-da qeyd olunur.
"Uqandadakı səfirimizin 29 oktyabr qəbulundakı şəkilləri mətbuat və sosial şəbəkələrdə yayılandan dərhal sonra araşdırma başlanılıb və o, geri çağırılıb", — deyə Çavuşoğlu bildirib.
Bazı basın-yayın organlarında ve sosyal medyada yer alan Uganda Büyükelçiliğimizin 29 Ekim resepsiyonundaki görüntülere dair, söz konusu fotoğraflar tarafımızca tespit edildiği anda derhal soruşturma başlatılmış, bu çerçevede Büyükelçi geri çağırılmıştır.
— Mevlüt Çavuşoğlu (@MevlutCavusoglu) 3 ноября 2018 г.