BAKI, 4 noyabr — Sputnik. Lənkəran rayonunda bədbəxt hadisə baş verib.
"Report"un məlumatına görə, Liman şəhəri ərazisində 1956-cı il təvəllüdlü Əliyeva Vəskinə Kişi qızı ehtiyatsızlıqdan su quyusuna yıxılıb.
Hadisə yerinə gələn FHN xilasediciləri onun meyitini quyudan çıxardaraq aidiyyəti üzrə təhvil veriblər.