CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bərdədəki "ölüm yolu"na əncam çəkildi

© Sputnik / Musa MuradliBərdə rayonu ərazisindən keçən magistral yolda qoyulmuş işıqfor
Bərdə rayonu ərazisindən keçən magistral yolda qoyulmuş işıqfor - Sputnik Azərbaycan
Abunə olmaq
Başı bəlalı magistral yolun üzərində axır ki, işıqfor quraşdırıldı

Musa Muradlı, Sputnik Azərbaycan

BAKI, 4 noyabr — Sputnik. Ötən yazılarımızda Bərdə şəhərinə bitişik iki yaşayış məntəqəsinin, Divanlı  və Şorəlli kəndlərindən keçən magistral yolda tez-tez ölümlə nəticələnən qəzaların baş verməsindən, kənd sakinlərinin keçirdiyi narahatlıqlardan yazıb, əlaqədar təşkilatların görməli olduğu tədbirlərdən danışmışdıq. Həmsöhbətimiz olan kənd sakinləri İlqar və Nəsir yolda baş verən təhlükələrdən danışaraq ərazidə təhlükəsizliyin təmin olunması üçün işıqforun qoyulmasını vacib olduğunu demişdilər. Sakinlərlə söhbətimizdən bir gün sonra isə növbəti ağır yol qəzası baş verdi. Qarabağ əlilinin idarə etdiyi OKA maşınının yolun arasındakı dəmir çəpərə çırpılması sayəsində sürücü həyatını itirdi. 

Hindistanda xəstəxana, arxiv şəkli - Sputnik Azərbaycan
HADİSƏ
Dəhşətli yol qəzası azı 12 nəfərin canını aldı

Sputnik Azərbaycan-ın yazısından sonra əlaqədar təşkilatlar tədbirlər görməyə başlayıblar. Dəmir çəpərlər sökülüb, əvəzində rəngli zolaqlar çəkilib. İşıqforun quraşdırılması isə ləngiyirdi.

Sputnik Azərbaycan-a burada baş verənləri danışıb kömək göstərilməsini xahiş edən kənd sakini İlqar Quliyev bu təşəbbüskarlığını sonra da davam etdirib. Bərdə RİH-nin başçısı Vidadi İsayev Divanlı kənd sakinləri ilə görüşəndə, məsələni onun da nəzərinə çatdırıb: “Bizi narahat edən əsas məsələ magistral yolda tez-tez baş verən ağır qəzalardır. Sürücülər maşınlarını sürətlə və təhlükəli sürürlər. Piyada nişanlarına əhəmiyyət vermirlər. Uşaqlar yolu keçib məktəbə gedirlər. Onların təhlükəsizliyi bizi çox narahat edir”.

İH başçısı İlqar Quliyevə məsələ ilə məşğul olacağını, tez bir zamanda problemi həll edəcəyini söz verib.

Noyabrın 1-dən isə işəqforların quraşdırılmasına başlanılıb, noyabrın 3-də işlər yekunlaşdırılıb.  Artıq sakinlərin istəyi yerinə yetirilib və lazımi yerdə işıqfor quraşdırılıb.

Xəbər lenti
0