Prezident İlham Əliyev Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında fərman imzalayıb.
Filologiya elmləri doktoru Qulu Məhərrəmli Sputnik Azərbaycan-a deyir ki, Azərbaycan dilinin qorunması ilə bağlı qəbul olunmuş sənədlər silsiləsində bu fərmanın da xüsusi yeri var: “Bizdə son vaxtlar dilin təmizliyinin qorunması, ədəbi normalara əməl olunması, dilin işləkliyi və elektron bazasının yaradılması ilə bağlı çox qiymətli sənədlər qəbul edilib. Təəssüf olsun ki, bu sənədlərdən irəli gələn işlərin icrası çox ləng baş verir. Biz dil daşıyıcıları dilin statusunu, mövqeyini qoruya bilmirik. Hesab edirəm ki, fərmanda göstərilənlərin hamısı mütləq həyata keçirilməlidir”.
Qeyd edək ki, Fərmana əsasən Nazirlər Kabinetinə Azərbaycan dövlət dilinin tətbiqinə nəzarət edən, kütləvi informasiya vasitələrində, internet resurslarında və reklam daşıyıcılarında ədəbi dil normalarının qorunmasını təmin edən, dövlət büdcəsindən maliyyələşən “Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi” publik hüquqi şəxs yaradılması tapşırılıb.
Professorun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz