Yüzlərlə jurnalist öldürülüb

© AFP 2024 / LOUAI BESHARASuriyada jurnalist, arxiv şəkli
Suriyada jurnalist, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Əsəd rejimi 5-i əcnəbi olmaqla 543 mətbuat işçisini öldürüb

BAKI, 3 noyabr — Sputnik. Suriya İnsan Haqlar Şəbəkəsi ölkədə 2011-ci ilin mart ayından bu günə qədər 8-i əcnəbi olmaqla 689 mətbuat nümayəndəsinin həlak olduğu barədə açıqlama verib. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, onlar Bəşər Əsəd rejimi və əcnəbi terror qruplaşmaları tərəfindən öldürülüb.

Məlumata görə, Əsəd rejimi 5-i əcnəbi olmaqla 543 mətbuat işçisini öldürüb. 2015-ci il sentyabrında rejimə dəstək vermək üçün Suriyaya müdaxilə edən Rusiyaya qüvvələri tərəfindən 19 mətbuat işçisi, ABŞ koalisiya qüvvələrinin hücumları zamanı isə 1 mətbuat işçisi qətlə yetirilib.

YPG-PKK terror təşkilatı 4, İŞİD 3-ü əcnəbi olmaqla 64, hərbi müxalifət 25, rejimə qarşı vuruşan Həyat Təhrir əş-Şam 5, kimliyi məlum olmayan qruplaşmalar isə 28 mətbuat işçisini öldürüb.

Xəbər lenti
0