Azər Həsrət: “Yeni qanun digər ölkələrin təcrübəsi əsasında tətbiq edilməlidir”
Milli Məclis “Uşaqların zərərli informasiyadan qorunması haqqında” yeni hazırlanmış qanun layihəsi qəbul edilib.
Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrət Sputnik Azərbaycan-a deyir ki, belə bir qanunun qəbulu zamanın tələbi idi:
“Azərbaycanda informasiya texnologiyaları geniş yayılıb və informasiya əldə etmək asandır. Təbii olaraq uşaqlar da bu prosesdən kənarda deyillər. Ona görə də, onların zərərli informasiyalardan zərər çəkməsi daha asandır. Düşünürəm ki, bu məsələ digər ölkələrin təcrübəsi əsasında həll edilməlidir. Yəni, elə etməliyik ki, burada informasiya azadlığı məsələləri pozulmasın. Digər tərəfdən uşaqlar zərərli informasiyalara yoluxmasın”.
Ekspertin geniş şərhinə audifaylda qulaq asa bilərsiniz