Əvvəlki mövsümlərdə olduğu kimi Azerbaijan Fashion Week şourumunda dizayner libaslarını əldə etmək olar. Bu dəfə dizaynerlər dəbsevərlərə milli ornamentlər və əlvan, cəsarətli printlər təklif edir. Bu arada, bu cür printləri neytral obrazlarla uyğunlaşdırmaq lazımdır.
Azerbaijan Fashion Week ildə iki dəfə keçirilir – mayda və noyabrda. Bu dəfə dəb həftəsinin təşkilatçıları qeyri-adi mövzuya əl atıblar. Belə ki, bütün dəb nümayişləri “Art Meets Fashion” (İncəsənət dəblə qovuşanda) devizi altında keçir. Dəb nümayişlərindən başqa, tamaşaçılar həm də onlar üçün yaradılmış xüsusi ekspozisiya ilə tanış ola biləcəklər.
Qeyd edək ki, dəb nümayişləri noyabrın üçünədək keçiriləcək. Sputnik Azərbaycan “Azerbaijan Fashion Week”-in informasiya tərəfdaşıdır.