BAKI, 3 noyabr — Sputnik. Rusiya əleyhinə sanksiyalar "görülməmiş effektə" səbəb oldu və nəticədə Moskva Avropadan uzaqlaşır və Pekinlə yaxınlaşır. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bu barədə "Point" nəşrinə müsahibəsində Fransa prezidenti Nikolya Sarkozi bildirib.
Onun sözlərinə görə, Moskvaya qarşı sanksiyalar səmərəsizdir və avropalıların maraqlarına xidmət etmir. Sabiq prezident təəssüflənib ki, iqtisadi məhdudiyyətlər "Rusiyanın Çinin qucağına itəliyir". Onun fikrincə Moskvaya "əl uzatmaq" lazımdır.
"Rusiya ilə əlaqələri yaxşılaşdırmaq istəyir. İndi üç tərəfin – Avropa, Türkiyə və Rusiyanın bir araya gəldiyi yeni təşkilat yaratmaq lazımdır", — deyə Sarkozi qeyd edib.
O, həmçinin vurğulayıb ki, daha əvvəl Türkiyənin Avropa İttifaqına daxil olmasına qarşı çıxıb.
Sarkozi, eyni zamanda Moskva və Brüssel arasında dialoqun gücləndirilməsinin tərəfdarı olduğu bildirib.