ABŞ türkiyəli nazirlərə “yaşıl işıq” yandırdı

© REUTERS / Joshua RobertsГосударственный департамент США
Государственный департамент США - Sputnik Azərbaycan
Abunə olmaq
Daxili İşlər naziri Süleyman Soylu və Ədliyyə naziri Əbdülhəmid Gülün adı sanksiya tətbiq edilənlər siyahısından çıxarılıb

BAKI, 2 noyabr — Sputnik. ABŞ rahib Endryü Branson işinə görə türkiyəli nazirlərə tətbiq etdiyi sanksiyaları ləğv edib.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, Türkiyə Daxili İşlər naziri Süleyman Soylu və Ədliyyə naziri Əbdülhəmid Gülün adı sanksiya tətbiq edilənlər siyahısından çıxarıb. Bundan sonra Türkiyə Xarici İşlər Nazirliyi də amerikalı iki nazirə tətbiq edilən sanksiyaları götürüb.

Xatırladaq ki, Süleyman Soylu və Əbdülhəmid Gülün adları rahib Bransonun Türkiyədə həbsdə olmasına cavab olaraq ABŞ tərəfindən avqust ayında sanksiya tətbiq edilənlər siyahısına salınmışdı.

Branson terror təşkilatına yardımda günahkar bilinərək ötən ay barəsində 3 il, 1 ay 15 gün azadlıqdan məhrumedilmə cəzası kəsilib, ancaq həbsdə olduğu müddət nəzərə alınaraq azadlığa buraxılıb.

Xəbər lenti
0