Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Keçmiş məhbuslar Bakıda ortalığı bir-birinə qatıblar

© REPORTHadisə yerində polis avtomobili
Hadisə yerində polis avtomobili - Sputnik Azərbaycan
Xəbərlərə abunə olun
Yandex newsTelegram
Azər İbrahimov və Seymur Paşayev polis əməkdaşları tərəfindən saxlanılıb

BAKI, 2 noyabr — Sputnik. Nəqliyyat vasitəsi qaçırmaqda şübhəli bilinən şəxslər saxlanılıb. Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Məlumata görə, Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini H.Quliyev "Mercedes" markalı avtomobilinin qaçırıldığını bildirib. Əməliyyat-axtarış tədbirləri nəticəsində "Mercedes" Binəqədi qəsəbəsi ərazisində, üzərinə başqa avtomobilə məxsus dövlət qeydiyyat nişanları taxılmış və yük yeri əzilmiş vəziyyətdə tapılıb.

Araşdırmalar zamanı həmin dövlət qeydiyyat nişanlarının "QAZ-5312" markalı avtomobilin üzərindən oğurlandığı da müəyyən edilib.

Görülmüş tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş - Azər İbrahimov və Seymur Paşayev polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
0