BAKI, 2 noyabr — Sputnik. Bakı-sərnişin-Keşlə mənzilinin cüt baş yolunda aparılan əsaslı təmir işləri ilə əlaqədar verilən “Texniki fasilə” başa çatıb.
Bu barədə Sputnik Azərbaycan-a “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib.
Məlumata görə, bununla əlaqədar olaraq, 03.11.2018-ci il tarixdən etibarən Bakı-Sumqayıt-Bakı elektrik qatarları 04.07.2018-ci il tarixdə təsdiq edilmiş hərəkət cədvəli üzrə hərəkət edəcək.
Qeyd: Hər şənbə, bazar və bayram günləri 6002/6001, 6004/6003, 6006/6005, 6013, 6017, 6022, 6026 nömrəli elektrik qatarları hərəkətdə olmayacaq.
Hər şənbə, bazar və bayram günləri: Sumqayıt stansiyasından saat 09:17-də yola düşən 6012 elektrik qatarı saat 09:50-də yola düşəcək və Bakıya saat 10:32-də çatacaq; Sumqayıt stansiyasından saat 09:50-də yola düşən 6014 elektrik qatarı saat 11:00-da yola düşəcək və Bakıya saat 11:42-də çatacaq.