“2019-ci ildə Azərbaycan 10 ən islahatçı dövlətin siyahısına əlavə edilib”. Bunu “Doing Business 2019” hesabatı ilə bağlı mətbuat konfransında çıxış edən Prezident Administrasiyasının nümayəndəsi Vüsal Şıxəliyev deyib.
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti, iqtisad elmləri doktoru Müslüm İbrahimov Sputnik Azərbaycan-a deyir ki, Azərbaycanın təqdim olunan hesabatda belə nəticə göstərməsi bir neçə faktorun əsasında formalaşıb:
“İlk olaraq milli valyutanın sabit olması, işsizlik səviyyəsi və iqtisadi artım templəri nəticəyə təsir edən amillərdir. Digər tərəfdən ölkəmizin iri enegetika və nəqliyyat layihələrini həyata keçirməsi də öz təsirini göstərib. Azərbaycan bundan sonra da uzun illər xarici investisiyaları cəlb edəcək. Bu da ölkəmizin dünya iqtisadiyyatındakı mövqeyini qorumasına imkan verəcək. Reytinqdə yüksək yerdə qərarlaşmağımızın əsas səbəbi odur ki, iqtisadi sahədə aparılan islahatların sürəti heç zaman azalmayıb, əksinə olaraq daha da sürətlənib” .
Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz