Tramp İrana dair kəskin qərar verib

© AP Photo / Evan VucciABŞ prezidenti Donald Tramp, arxiv şəkli
ABŞ prezidenti Donald Tramp, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
"Dünyada neft və neft məhsullarının istehsalı kifayət qədərdir və bu, Birləşmiş Ştatlara İrandan bu növ məhsulları almamamğa imkan verir"

BAKI, 1 noyabr — Sputnik. ABŞ prezidenti Donald Tramp İran neftindən imtina etməyə icazə verən memorandum imzalayıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə müvafiq sənəd Ağ Evin rəsmi saytında yerləşdirilib.

Prezident tərəfindən imzalanan memorandum Dövlət Departamentinə, Maliyyə Nazirliyinə və Energetika Nazirliyinə ünvanlanıb. Sənəddə qeyd olunur ki, memorandum dünya neft bazarında aparılan "diqqətli analiz"in nəticələrinə əsasən hesablanıb.

Tramp vurğulayıb ki, dünyada neft və neft məhsullarının istehsalı kifayət qədərdir və bu, Birləşmiş Ştatlara İrandan bu növ məhsulları almamağa imkan verir.

Xəbər lenti
0