Agentlik qaçqın ölümü ilə bağlı dəhşətli rəqəmləri açıqladı

© REUTERS / Yara Nardi/Italian Red Cross/Handoutİtaliya sahillərində miqrantların xilas edilməsi. 18 avqust 2016-cı il
İtaliya sahillərində miqrantların xilas edilməsi. 18 avqust 2016-cı il - Sputnik Azərbaycan
Abunə olmaq
BMT-nin rəsmi rəqəmlərində 4 ildə 28 min 500 nəfərin öldüyü və ya itkin düşdüyü bildirilir

BAKI, 1 noyabr — Sputnik. "Associated Press” xəbər agentliyi son 4 ildə itkin düşən və ölən qaçqınların sayı ilə bağlı şoka salan hesabat hazırlayıb.

Səidə Muradova - Sputnik Azərbaycan
CƏMİYYƏT
Qaçqın düşərgəsində böyüyən azərbaycanlı qız dünyanı silkələdi – VİDEO

Sputnik Azərbaycan-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, hazırlananı hesabatda itkin düşən qaçqınların sayının açıqlanan rəsmi rəqəmlərdən qat-qat çox olduğu bildirilir. Agentliyin beynəlxalq təşkilatlar, tibbi qeydlər, ölüm və itkin düşmə kimi bir çox məlumatları bir araya gətirərək hazırladığı hesabata görə, 2014-cü ildən etibarən 56 min 800 qaçqın dünyasını dəyişib, yaxud da itkin düşüb. BMT-nin rəsmi rəqəmlərində isə 4 ildə 28 min 500 nəfərin öldüyü və ya itkin düşdüyü bildirilir.

Hesabatda qeyd olunur ki, rəsmi rəqəmlər həqiqətdən çox uzaqdır. Bundan əlavə, faciə təkcə Afrika və Yaxın Şərqdən Avropaya köçmək istəyənlərlə bağlı yaşanmır. Məsələn, 2014-cü ildən etibarən Meksikadan ABŞ-a keçmək istəyən 3 min 861 qaçqının öldüyü, yaxud da itkin düşdüyü qeyd olunub. Agentliyin məlumatına görə ölən qaçqınların cəsədləri dənizdə, sahillərdə aşkarlanıb.

Qaçqınlarla bağlı araşdırmalara yetərli büdcə ayrılmaması da ciddi problemlərdən biri kimi qeyd olunub. Buna misal olaraq isə 2015-ci ildə İtaliyada baş verən hadisə göstərilib. Qeyd olunub ki, 800 qaçqının dənizdə bataraq ölüməsindən sonra müəyyən büdcənin ayrılması vədi verilsə də, hökumət tərəfindən buna əməl edilməyib.

Xəbər lenti
0