Təbiətə "divan tutanlar" cərimələnib

© pixabay / andreas160578Ovçu
Ovçu - Sputnik Azərbaycan
Abunə olmaq
İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən ümumilikdə 2015 manat məbləğində cərimə və ziyan tətbiq olunub

BAKI, 1 noyabr — Sputnik. Ekologiya və Təbii Sərvətlər Nazirliyin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Biləsuvar rayonu ərazisində keçirilən reyd zamanı icazəsiz ov edən şəxslər saxlanılıb. Bu barədə Sputnik Azərbaycan-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, araşdırma zamanı brakonyerlərin Biləsuvar rayon sakinləri Şövqi Ağayev və Cavad Xankişiyev olduğu müəyyən edilib. Onlardan 2 ov tüfəngi və ovlanmış 3 cürə quşu götürülüb.

Faktla bağlı təqsirkarlar barəsində protokollar tərtib edilib və onlara İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən, ümumilikdə, 2015 manat məbləğində cərimə və ziyan tətbiq olunub.

Xəbər lenti
0