CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Almanlar “Zəmi Günü”ndə texnikalarını göstərdilər

© Sputnik / Musa MuradliZəmi Günü
Zəmi Günü - Sputnik Azərbaycan
Abunə olmaq
Bütün maraqlananlar üçün test-drayv ( sürücü yoxlama) təşkil olunub

Musa Muradlı, Sputnik Azərbaycan

BAKI, 1 noyabr — Sputnik. Beyləqan rayonunun Türklər kəndi ərazisində Almaniyanın CLAAS şirkəti və Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm və İnnovasiya Mərkəzinin birgə təşkilatçılığı ilə 1 noyabr - kənd təsərrüfatı işçilərinin peşə bayramına həsr edilən “Zəmi Günü” keçirilib.

Kənd Təsərrüfatı Nazirliyinin yeni layihəsi – AMAL təqdim edilib - Sputnik Azərbaycan
Kənd Təsərrüfatı Nazirliyinin yeni layihəsi təqdim edilib

Tədbirdə texnikanın innovativ imkanları göstərilib, Almaniyadan dəvət olunmuş aqrar mütəxəssislər tərəfindən südlük iribuynuzlu heyvanlar üçün düzgün yem tədarükü, Azərbaycanın iqlim və münbitlik şəraitində yüksək keyfiyyətli yemlərin istehsalı yolları ilə bağlı master-klasslar təşkil olunub. Dünyanın ən yeni silos kombaynlarından olan “YAQUAR” traktorlarının “LEMKEN” kotanları, diskatorları və əkin texnikası ilə birlikdə manevrliliyi və unikal imkanları praktik olaraq sınanıb.

Tədbiri giriş sözü ilə “CLAASS Global Sales GmbH” regional ixrac meneceri Vasili Zayder açıb. Daha sonra “PPMA GmbH&CoKGaqro”nun iqtisadçısı Bernd Henn yemin düzgün qaydada tədarük edilməsi, yüksək keyfiyyətli yemlərin hazırlanması, həmçinin texnoloji olaraq effektiv yem kombaynının seçiminin keyfiyyətli yemin əldə edilməsi üçün vacibliyi ilə bağlı təlim xarakterli master-klass keçirib.

“LEMKEN” kotanı
Almanlar “Zəmi Günü”ndə texnikalarını göstərdilər - Sputnik Azərbaycan
“LEMKEN” kotanı

“CLAAS Global SalesGmbH” məhsul meneceri Yorq Vesselman “CLAAS YAQUAR 850” kombaynının təqdimatını keçirib və silosbiçən texnika ilə işin incəliklərini göstərib, zəmidə qarğıdalı silosunun biçilməsinin özəlliklərindən danışıb. Bu zaman zəmidəki kombaynların işini tam olaraq izləyən və sənədləşdirən, müştərilərə effektiv şəkildə işgüzar proseslərini qurmağa imkan verən innovativ “CLAAS Telematics” telemetrik sistemi də təqdim edilib.

Bütün maraqlananlar üçün test-drayv ( sürücü yoxlama) təşkil olunub.

Texnikanın nümayişindən əlavə “Zəmi Günü”nün bütün dəvətli ziyarətçilərinə qeyri-rəsmi şəraitdə bir-birilə, həmçinin CLAAS şirkətinin Azərbaycandakı servis tərəfdaşı olan "4S" şirkətinin nümayəndələri ilə ünsiyyət qurmağa, məhsullar və ehtiyat hissələri ilə bağlı təfsilatlı məlumat almağa, maraq doğuran texnika ilə bağlı biznes təkliflər almağa tam imkanlar yaradılıb.

Tədbirin təşkilatçıları bildiriblər ki, “Zəmi Günü” formatlı tədbirin Azərbaycanda bu miqyasda keçirilməsi bir ilkdir. Bundan sonra da davamlı olaraq kənd təsərrüfatı sektorunda inkişaf və innovasiyaları təmin edəcək bu tip tədbirlərin keçirilməsi planlaşdırılır.

Xəbər lenti
0