CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Polis itkin düşən şəxslə bağlı təkzib verdi

© Sputnik / Murad OrujovPost Patrul Xidmətinin avtomobilləri, arxiv şəkli
Post Patrul Xidmətinin avtomobilləri, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Nadirli İsmayılın polis tərəfindən tutularaq saxlanılması barədə söylədiyi fikirlər həqiqəti əks etdirmir

BAKI, 31 oktyabr — Sputnik. Oktyabrın 26-da Şirvan rayon sakini, Nadirli İsmayıl İslam oğlunun itkin düşməsi ilə bağlı Yasamal RPİ 28-ci Polis Bölməsinə müraciət daxil olub. N.İsmayılın nişanlısı Lamiyə Orucova müraciətində vurğulayıb ki, N.İsmayıl oktyabrın 26-da saat 20 radələrində işdən evə getmək adı çıxaraq, ünvana çatmayıb.

Девушка в наручниках, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Azərbaycanda tanınmış şəxs həbs edildi

Bakı şəhər Baş Polis İdarəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, daxil olan müraciət üzrə keçirilən əməliyyat-axtarış tədbirləri ilə itkin düşmə kimi qeydə alınan şəxsin yeri müəyyən edilərək Bakı şəhər Baş Polis İdarəsinə dəvət edilib, onunla profilaktik söhbət aparılmaqla ərazi üzrə 28-ci Polis Bölməsinə təhvil verilib.

Sosial şəbəkələrdə və bəzi elektron informasiya vasitələrində N.İsmayılın polis tərəfindən tutularaq saxlanılması barədə söylədiyi fikirlər həqiqəti əks etdirmir.

Xəbər lenti
0