Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Milli Məclisdə böyük qalmaqal: Bir qrup nümayəndə zalı tərk edib

© Sputnik / Murad OrujovAzərbaycan Respublikası Milli Məclisinin binası
Azərbaycan Respublikası Milli Məclisinin binası - Sputnik Azərbaycan
Abunə olmaq
Narazı hüquq müdafiəçiləri: "Belə çıxır ki, onlar aristokrat, biz isə rəiyyətik?"

Ramella İbrahimxəlilova, Sputnik Azərbaycan

BAKI, 31 oktyabr — Sputnik. Azərbaycanın bir sıra qeyri-hökumət təşkilatlarının (QHT) rəhbərləri oktyabrın 30-da Milli Məclisdə keçirilən "İnsan alveri və miqrant qaçaqçılığına çoxtərəfli yanaşmalar: Beynəlxalq və milli qanunvericilik, operativ baza" mövzusunda keçirilən beynəlxalq konfransda onlara qarşı alçaldıcı münasibətə etiraz olaraq nümayişkaranə şəkildə konfransı tərk ediblər.

İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi Bürosunun rəhbəri Səidə Qocamanlı - Sputnik Azərbaycan
Hüquq müdafiəçisi əfv siyahısında kimlərin olacağını açıqladı

Bunu Sputnik Azərbaycan-a açıqlamasında QHT rəhbərləri Kəmalə Ağazadə, Mehriban Zeynalova və Südabə Məmmədova deyib. Hüquq müdafiəçiləri konfrans təşkilatçılarının onlara qarşı hörmətsiz yanaşmasından hiddətləniblər.

"Parlamentdə keçirilən beynəlxalq konfrans insan hüquqlarının qorunması üzrə "beynəlxalq hüquq müdafiəçiləri"nin ikiüzlülüyünü və ikili standartlar tətbiq etməsini göstərir" - deyə Azərbaycan Uşaqlar Birliyinin (AUB) sədri Kəmalə Ağazadə bildirib.

O, ilk dəfə özünə qarşı belə hörmətsizlik və alçaldıcı hərəkətlə qarşılaşdığını bildirib: "Xarici qonaqların da iştirak etdiyi tədbirə cəmi 4 QHT rəhbəri dəvət olunmuşdu, lakin belə az sayda təmsil olunmağımıza baxmayaraq, bizə layiqli yer tapılmayıb".

"Açıq-aydın diskriminasiya hesab olunurdu. Birincisi QHT sektoru üçün həmişəki kimi ən kənar yerlər ayrılmışdı. Alçaldılmanın piki həddi isə nahar vaxtı yaşandı. Bütün qonaqları birinci mərtəbədə yerləşən zala yerləşdirdilər, hüquq müdafiəçilərini isə yuxarı mərtəbəyə - texniki işçilərin nahar etdiyi yerə göndərdilər" - deyən K.Ağazadə vurğulayıb ki, məsələ naharda deyil, söhbət beynəlxalq təşkilatların özlərini yuxarıdan aparması və hüquq müdafiəçilərini "ikinci növ" hesab etməsindən gedir.

Ağazadənin sözlərinə görə, konfransın təşkilatçıları Beynəlxalq Miqrasiya Təşkilatı və Avropa İttifaqı olub: "Nahardan sonra konfrans "Flame Towers"-də davam etməli idi, lakin biz nümayişkaranə şəkildə ayağa qalxdıq, Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndələrinə göstərdikləri "hörmətə" görə təşəkkür etdik və oranı tərk etdik. Lovğalıq qüsurundan aza ola bilməyən avropalılar bərabər hüquqlar barədə hayqırırlar. Əgər beynəlxalq təşkilatlar belə davranırsa, onda Azərbaycan dövlət orqanları da onlardan bu nümunəni götürəcək. Konfransda cəmi 4 QHT təşkilatı iştirak edir, onlardan biri insan alveri sahəsində ixtisaslaşıb və ona da yer tapılmır".

"Beynəlxalq təşkilatlarda hesab edirlər ki, əgər onlar bizə pul ayırırlarsa, onda onlar aristokrat, biz isə rəiyyətik. Onlar birinci dəfə deyil ki, bizə qarşı bu formada münasibət göstərirlər. Yayda Beynəlxalq Miqrasiya Təşkilatının Bakı ofisi özünü Şahdağda da belə apardı. Həmin vaxt tərcüməçilərə qarşı belə alçaldıcı münasibət göstərilmişdi" - AUB sədri qeyd edib.

K.Ağazadə ilə yanaşı, konfransda "Təmiz Dünya" İctimai Birliyinin sədri Mehriban Zeynalova, "Təmas" Regional İnkişaf İctimai Birliyinin sədri Südabə Məmmədova və İnsan Alverinə Qarşı QHT koalisiyasının rəhbəri Mahirə Əmirhüseynova da iştirak edib.

Baş Prokurorluq - Sputnik Azərbaycan
CƏMİYYƏT
Əfv sərəncamı ilə bağlı dələduzluq edən şəxs yaxalandı

Öz növbəsində Mehriban Zeynalova vurğulayıb ki, artıq şikayət məktubu hazırlayırlar və onu konfransın təşkilatçılarına (Beynəlxalq Miqrasiya Təşkilatının Baş ofisi, Avropa İttifaqı və digərləri) göndərəcəklər: "İnsanlara qarşı bu cür hörmətsizlik yolverilməzdir. Bir tərəfdən onlar dövlət orqanlarına QHT-lərlə əməkdaşlıq etməyi tövsiyə edir, digər tərəfdən hüquq müdafiəçilərini alçaldır, insan haqlarını pozurlar".

"Konfransın mövzusu elə idi ki, bizim kifayət qədər təcrübəmiz var bu sahədə. Deməli, öz işlərində bizim hesabatlarımıza əsaslanırlar, amma bizimlə eyni masada oturmağı özlərinə sığışdırmırlar Mən onların bizə niyə belə münasibət göstərdiklərini bilmirəm. Bəlkə mən özümü apara bilmirəm və ya kifayət qədər təhsilli deyiləm? Bu cür nifrət hardandır?" - QHT rəhbəri narazılığını ifadə edib.

O, indiyə qədər belə bir hadisə ilə üzləşmədiyini bildirib: "Əgər beynəlxalq təşkilatlar belə nümunə göstərirsə, onda onlar insan haqları sahəsində hökumətə hansı iradlar təqdim edə bilər?".

Südabə Məmmədova da öz növbəsində baş verənlərdən sarsıldığını deyib: "Avropalılar lovğalığın qüsurundan qurtula bilmirlər, amma hüquq bərabərliyi haqqında hayqırılar".

Xəbər lenti
0