BAKI, 31 oktyabr — Sputnik. Oktyabrın 1-i 2018-ci il tarixində Ermənistan əhalisinin sayı 2017-ci ilin analoji dövrü müqayisədə 10,4 min nəfər azalıb. Bu barədə Sputnik Azərbaycan "Lragir.am"-a istinadən xəbər verir.
Məlumatda həmçinin qeyd olunur ki, ilin əvvəlindən bəri də Respublika əhalisinin sayı 3,5 min nəfər azalıb.
Nəşr qeyd edir ki, əhalinin sayının bu dövr üçün azalması mənfi miqrasiya saldosunun artması ilə bağlıdır. Belə ki, Ermənistanda bu dövr üçün miqrasiya saldosu —10,9 min nəfər olduğu halda təbii artım göstəricisi 7,4 min nəfərdir.
2018-ci ilin yanvar – sentyabr aylarında Ermənistanda doğulan körpələrin sayı 4,2% azalaraq 26 min 483 nəfər olub.