BAKI, 31 oktyabr — Sputnik. Dünyada ən çox allergiyaya səbəb olan qidalardan biri də yer fındığıdır. Xüsusilə uşaqlarda allergiyaya səbəb olur.
Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, lobya da bir ovuc yeməklə kifayətlənməlidir. Əks halda qusma və baş ağrısına səbəb olur. Ton balığı da çox yeyilən balıq növüdür. Bu balıqdan çox yemək uşaq və böyüklərin sinir sisteminə ciddi təsir edə bilər. Yumurtanın tərkibində də orqanizm üçün təhlükəli bakteriyalar olur. Onları da yaxşı bişirmək lazımdır ki, bakteriyalar ölsünlər. Əks halda insan orqanizminə ciddi təsir göstərə bilərlər. Hətta ciy yumurta və xarab yumurtanı yemək ölümə səbəb ola bilər.
Göbələklər də ən təhlükəli qidalardan biridir. Hər yerdə bitən göbələyi yemək olmaz. Əmin olmaq lazımdır ki, bu göbələklər zəhərli deyil.