Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Al Paçino azərbaycanlı ilə Hollivud filminə çəkiləcək

© AFP 2023 / TIZIANA FABI Al Paçino
Al Paçino - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanlı model Stefano Suaros məşhur aktyorların çəkiləcəyi Hollivud filmində əsas rollardan birini canlandıracaq

Sputnik Azərbaycan, Kəmalə Əliyeva

BAKI, 31 dekabr — Sputnik. ABŞ-da yaşayan və daha çox Stefano Suaros ləqəbi ilə məşhur olan azərbaycanlı model və müğənni Rəcəb Rəcəbov Hollivud ulduzu Al Paçinonun çəkildiyi filmdə baş rolu canlandıracaq.

Rəcəbov Sputnik Azərbaycan-a bildirib ki, o artıq filmin sınaq çəkilişlərində iştirak edib. Onun sözlərinə görə, test çəkilişlərindən həzz alıb və ən əsası öz oyunundan razıdır. Filmin çəkilişləri 2019-cu ilin əvvəlində Hollivudda başlayacaq.

"Mənə əsas rollardan birini canlandırmaq təklif olunub. Sınaq çəkilişləri zamanı mən müxtəlif filmlərdən monoloqlar canlandırdım. Filmdə xeyli sayda məşhurlar çəkiləcək. Onlar arasında, həmçinin Al Paçino da var. Hesab edirəm ki, rolun öhdəsindən gələ bildim. Mən bu rola bütün sevgimi qoydum, ona böyük məsuliyyətlə yanaşdım. Peşəkar komanda ilə işlədiyimə görə şadam", – deyə Suaros qeyd edib.

Stefano Suaros artıq uzun müddətdir ki, ABŞ-da yaşayır və model karyerası ilə məşğul olur. O, dünyanın məşhur dizaynerlərinin dəvəti əsasında bütün moda nümayişlərində iştirak edir. Bu günlərdə isə "Style Fashion Week 2017" nümayişinin əsas modeli olub. O, modelliklə yanaşı, aktyorluq və müğənniliklə məşğul olur.

Xəbər lenti
0