Tramp daha qalmaqallı qərara imza atacaq

© REUTERS / Jonathan ErnstABŞ prezidenti Donald Tramp
ABŞ prezidenti Donald Tramp - Sputnik Azərbaycan
Abunə olmaq
Yeni qərarla ABŞ vətəndaşı olmayanlar ABŞ-da yaşayaraq uşaq dünyaya gətirərsə onlara vətəndaşlıq verilməyəcək

BAKI, 31 oktyabr — Sputnik. ABŞ prezidenti Donald Tramp yeni qalmaqallı qərar qəbul etmək istəyir. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, yeni qərar qəbul edilsə, prezident xarici ölkə vətəndaşlarının ABŞ ərazisində doğulan uşaqlarına bu ölkənin vətəndaşlığını verməyəcək.

Qeyd edək ki, hazırda qüvvədə olan qanuna görə, ABŞ ərazisində doğulan istənilən şəxs avtomatik olaraq bu ölkənin vətəndaşlığını alır. Bir çox imkanlı şəxslər övladlarının ABŞ vətəndaşı olması üçün doğumu bu ölkənin ərazisində həyata keçirilər.

Yeni qərara görə, ABŞ vətəndaşı olmayanlar ABŞ-da yaşayaraq uşaq dünyaya gətirərsə, onlara vətəndaşlıq verilməyəcək.

Xəbər lenti
0