CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Prezident bu quruma 48 milyon manat ayırdı

© Sputnik / Murad OrujovAzərenerji ASC-nin baş ofisi
Azərenerji ASC-nin baş ofisi - Sputnik Azərbaycan
Abunə olmaq
“Azərbaycan” İstilik Elektrik Stansiyası yenidən qurulacaq

BAKI, 30 oktyabr — Sputnik. Prezident İlham Əliyev “Azərbaycan” İstilik Elektrik Stansiyasının infrastrukturunun təkmilləşdirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi haqqında sərəncam imzalayıb.

Здание ОАО Азерэнержи - Sputnik Azərbaycan
CƏMİYYƏT
Dövlət Komissiyası rəyini açıqladı: “Azərenerji”nin işində ciddi nöqsanlar olub

Sputnik Azərbaycan-ın xəbərinə görə, qərar əhalinin və iqtisadiyyatın elektrik enerjisi ilə təchiz olunmasında və ölkənin elektrik enerjisi sistemində xüsusi yer tutan “Azərbaycan” İstilik Elektrik Stansiyasında baş vermiş qəza ilə bağlı aparılmış araşdırmalar nəticəsində stansiyanın fəaliyyətində aşkar edilmiş nöqsanların aradan qaldırılması və infrastrukturunun təkmilləşdirilməsi məqsədilə verilib.

Sənədlə “Azərbaycan” İstilik Elektrik Stansiyasında və yarımstansiyalarında əsaslı təmir-quraşdırma işlərinin görülməsi və zəruri avadanlıqların tədarük edilməsi məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinə (ASC) nizamnamə kapitalının artırılması üçün ilkin olaraq 48 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

Xəbər lenti
0