BAKI, 30 oktyabr - Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 30-da bir sıra önəmli görüşlər keçirib. Sputnik Azərbaycan Prezidentin rəsmi saytına istinadən xəbər verir ki, İlham Əliyev əvvəlcə İsveçrə Konfederasiyasının təhsil, araşdırma və innovasiyalar üzrə dövlət katibi Mauro Dell’Ambrocionun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
© Official website of President of Azerbaijan Republicİlham Əliyev İsveçrənin dövlət katibini qəbul edib
İlham Əliyev İsveçrənin dövlət katibini qəbul edib
Dövlətimizin başçısı daha sonra Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Məmmetxan Çakıyevi qəbul edib.
© Official website of President of Azerbaijan Republicİlham Əliyev Türkmənistan Nazirlər Kabineti sədrinin müavinini qəbul edib
İlham Əliyev Türkmənistan Nazirlər Kabineti sədrinin müavinini qəbul edib
Prezident İlham Əliyev, həmçinin Mərakeş Krallığının inzibati islahatlar və dövlət qulluğu naziri Məhəmməd bin Abdelkaderi qəbul edib.