Nar "meyvələrin şahı" adı uğrunda almanın bir nömrəli rəqibidir. O, təkcə dadına görə deyil, həm də tibbi əhəmiyyətinə görə qədim zamanlardan məşhurdur.
Orta əsrlərə aid Azərbaycan saray təbibi Məhəmməd Mömin insanlara narın yalnız dənələrini deyil, çiçəyini də (gülnar) istifadə etməyi məsləhət bilirdi: "Narın çiçəyi qaraciyəri, bağırsaqları, qanyaratma orqanlarını möhkəmləndirir. O, bağırsaqda yaraya, bütün orqanlarda qanaxmanın qarşısının alınmasına, qotura qarşı da xeyirdir. Nar çiçəyilə kompress yaranı sağaldır, şişin böyüməsini əngəlləyir, saç tökülməsinin qarşısını alır. Çiçəkdən hazırlanmış həlimlə ağızı yaxalamaq isə damaqları, dişləri möhkəmləndirir, ağızdakı yaraların müalicəsində yaxşı effekt verir".
Məhəmməd Yusif Şirvani "Tibbnamə"də yazırdı ki, yabanı narın qurudulmuş dənələri xörəklərə turş qatqı kimi istifadə olunur.
Narın əhəmiyyəti barədə Məhəmməd peyğəmbərin də qiymətli fikirləri var.
Bundan əlavə, nar qurusu həzmə də kömək edir. Nar ağacı 200-300 il yaşaya bilir.
Sputnik Azərbaycan min bir dərdə dərman olan nar barədə infoqrafika hazırlayıb.