İranda yeni toqquşmalar olacaq - Anons verildi

© AFP 2024 / StrTehranda etirazlar, 30 dekabr 2017-ci il
Tehranda etirazlar, 30 dekabr 2017-ci il - Sputnik Azərbaycan
Abunə olmaq
75 yaşlı Məhəmməd Hatəmi İranın 5-ci prezidenti olub

BAKI, 30 oktyabr — Sputnik. İranın sabiq prezidenti Məhəmməd Hatəmi ölkədə yeni etiraz aksiyalarının başlayacağı ilə bağlı xəbərdarlıq edib. Bu barədə Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir.

"Hakimiyyət etdiyi səhvlərini təkrar edərsə, onda tənqidlər etiraz aksiyaları ilə əvəz olunacaq. Bundan sonra ölkənin aqibəti məlum deyil. Əgər cəmiyyətdə islahatçıların bir iş görmədikləri qənaətinə gəlinərsə, onda xalq rejimi dəyişmək istəyənlərə tərəf yönələcək" - deyə Hatəmi bildirib.

Qeyd edək ki, 75 yaşlı Məhəmməd Hatəmi İranın 5-ci prezidenti olub. O, 1997-2001, 2001-2005-ci illərdə iki dəfə İran Prezidenti seçilib.

Xəbər lenti
0