BAKI, 30 oktyabr — Sputnik. Asif Əzizağa oğlu Ağayev Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Sputnik Azərbaycan-ın məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
Dövlət başçısının digər sərəncamı ilə Asif Əzizağa oğlu Ağayev Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Prezident İlham Əliyev həmçinin Tahir Nadir oğlu Məmmədovun Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında da sərəncam imzalayıb.