BAKI, 30 oktyabr — Sputnik. ATƏT-in Minsk qrupunun həmsədrləri — Stefan Viskonti (Fransa), İqor Popov (Rusiya), Endryu Şofer (ABŞ), eləcə də ATƏT-in fəaliyyətdə olan sədrinin Dağlıq Qarabağ münaqişəsi üzrə şəxsi nümayəndəsi Anjey Kaspşik bazar ertəsi İrəvanda Ermənistanın baş naziri vəzifələrinin icraçısı Nikol Paşinyanla görüşüblər.
“Report” xəbər verir ki, bu barədə yerli hökumətin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, görüş zamanı Ermənistanda son siyasi dəyişikliklər kontekstində Qarabağ münaqişəsinin nizamlanması prosesinin dinamikasına toxunulub.