BAKI, 30 oktyabr — Sputnik. Avropada yay-qış vaxtına keçidin ləğv edilməsi ən tez 2021-ci ildən sonra mümkün olacaq.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə qərar Avstriyanın Qrats şəhərində Aİ ölkələri nəqliyyat və ekologiya nazirlərinin qeyri-formal toplantısında qəbul olunub.
Avropa Komissiyasının təklifi əsasında müzakirəyə çıxarılan məsələdə üzv ölkələrin nazirləri ümum-Avropa qərarına nail ola bilmək üçün koordinator təyin edilməsi qərarına gəliblər. Qarşıda duran əsas hədəf yay-qış vaxtına keçidin ləğvi baş tutarsa, bu qərarın bütün üzv ölkələr tərəfindən icra edilməsinə nail olmaqdır. Əks halda, yaranacaq xaos həm iqtisadi, həm də loqistik problemlərə yol aça bilər.
Yay-qış vaxtına keçidin ləğvi ilə bağlı hərəkət planı nazirlərin dekabrda keçiriləcək rəsmi zirvə toplantısında qəbul ediləcək.