BAKI, 29 oktyabr — Sputnik. Balakən rayonunun Talalar kəndində ümumi sahəsi 72 m2 olan birmərtəbəli iki otaqlı evin yanar konstruksiyaları yanıb. Bu barədə Sputnik Azərbaycan-a Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.
Yaxınlıqdakı tikili yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.