BAKI, 29 oktyabr — Sputnik. Rusiyanın Xalq artisti Nikolay Petroviç Karaçenkov bu gün dəfn ediləcək. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən xəbər verir ki, hazırda "Lenkom" tetarında aktyorla vida mərasimi keçiriləcək və daha sonra dəfn olunacaq.
Karaçenkov bu ilin avqust ayında xəstəxanaya yerləşdirilib. O, böyrək çatışmazlığından müalicə alırmış. Daha sonra müalicə zamanı onun ağ ciyərlərində xərçəng olduğu məlum olub. Həkimlər kimya terapeyaya ehtiyac olduğunu deyiblər.
Lakin müalicə nəticə verməyib və aktyor oktyabrın 26-da, 74 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Karaçenkova 2017-ci ildə ağ ciyərində xərçəng şişi diaqnozu qoyulub. Bu ilin avqust ayında aktyorun həyat yoldaşı açıqlama vermişdi ki, İsraildə edilən müalicənin də heç bir xeyri olmayıb.
Xatırladaq ki, Nikolay Petroviç Karaçenkov 40 ilə yaxın "Lenkom" teatrında işləyib. Aktyor, eyni zamanda filmlərə də çəkilib.