SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Məmmədyarov, Çavuşoğlu, və Zərif bir araya gələcək

© Sputnik / Murad OrujovTürkiyənin Xarici İşlər naziri Mövlüd Çavuşoğlu azərbaycanlı həmkarı Elmar Məmmədyarovla
Türkiyənin Xarici İşlər naziri Mövlüd Çavuşoğlu azərbaycanlı həmkarı Elmar Məmmədyarovla  - Sputnik Azərbaycan
Abunə olmaq
Hazırda isə Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin yeddinci üçtərəfli görüşü keçirilir

BAKI, 29 oktyabr — Sputnik. Türkiyə, Azərbaycan və İranın xarici işlər nazirləri oktyabrın 30-da İstanbulda altıncı üçtərəfli görüş keçirəcəklər. Bu barədə Sputnik Azərbaycan Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) rəsmi saytına istinadən xəbər verir.

"Görüş zamanı gələcək əməkdaşlıq imkanları müzakirə ediləcək və regional proseslər ətrafında fikir mübadiləsi aparılacaq" - deyə məlumatda bildirilir.

Qeyd edək ki, hazırda İstanbulda Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin yeddinci üçtərəfli görüşü keçirilir. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ötən gün görüşlərdə iştirak etmək üçün Türkiyəyə işgüzar səfərə gedib.

Xəbər lenti
0