“Azərbaycanda bankların birləşməsində problem yoxdur”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və maliyyə institutları kafedrasının professoru Elnur Sadıqov deyib.
Professor bildirib ki, bankların birləşməsi onların nizamnamə kapitalından irəli gələn məsələdir: “Bu birləşmələr inkişafa aparır. Yəni, Mərkəzi Bank tərəfindən verilən tələblərin yerinə yetirilməsinə, nizamnamə kapitalının stabil saxlanmasına imkan verəcəyi üçün yaxşı addımdır. Əgər bank gəlirləri və xərcləri arasındakı nisbəti təmin edə bilmirsə, başqa bankla birləşməsi məqsədə uyğundur”.
Qeyd edək ki, yenilənmış qaydalara əsasən, birləşmək istəyən banklar ilk öncə bununla bağlı Maliyyə Bazarlarına Nəzarət Palatasından yazılı razılıq almalı, daha sonra səhmdarların ümumi yığıncağında müvafiq qərarlar qəbul edilməli və Mülki Məcəllənin 58-ci maddəsinə müvafiq olaraq kreditorlar kondolidasiya barədə məlumatlandırılmalıdır. Növbəti mərhələdə isə birləşmə nəticəsində yaranmış yeni bank Vergilər Nazirliyində dövlət qeydiyyatından keçərək hüquqi varis kimi yeni lisenziya almalıdır.
Professorun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz