İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı təbrik etdi

© AFP 2023 / ADEM ALTANAzərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər
Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər - Sputnik Azərbaycan
Abunə olmaq
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı Türkiyə Respublikasının yaranmasının 95-ci ildönümü münasibətilə təbrik edib

BAKI, 28 oktyabr — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanı Türkiyə Respublikasının yaranmasının 95-ci ildönümü münasibətilə təbrik edib.

Sputnik Azərbaycan-ın məlumatına görə, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident, Əziz Qardaşım,

Türkiyə Respublikasının yaranmasının 95-ci ildönümü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Bu gün qardaş Türkiyə özünün hərtərəfli və dinamik inkişafı ilə dünyanın ən qabaqcıl ölkələri sırasında qərar tutmuşdur. Sizin rəhbərliyinizlə həyata keçirilən islahatlar, irimiqyaslı infrastruktur layihələri ölkənin iqtisadi qüdrətinin gündən-günə artmasına xidmət edir. Türkiyə, həmçinin dünyada və regionda cərəyan edən proseslərdə fəal rol oynayaraq qətiyyətli mövqe nümayiş etdirir.

Əminəm ki, Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı, ikitərəfli münasibətlərimizin əsasını təşkil edən müttəfiqliyimiz və strateji tərəfdaşlığımız bundan sonra da bütün nailiyyətlərimizi şərtləndirən başlıca amil olacaqdır.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, qardaş Türkiyə xalqına daim sülh və firavanlıq diləyirəm".

Xəbər lenti
0