Hulusi Akar və Sergey Şoyqu bir araya gəldilər

© AASergey Şoyqu və Hulusi Akar
Sergey Şoyqu və Hulusi Akar - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyənin müdafiə naziri Hulusi Akar ilə Rusiyanın müdafiə naziri Sergey Şoyqu arasında görüş keçirilib

BAKI, 27 oktyabr — Sputnik. Türkiyənin müdafiə naziri Hulusi Akar ilə Rusiyanın müdafiə naziri Sergey Şoyqu arasında görüş keçirilib.

Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Türkiyədə keçirilən görüşdə tərəflər Suriyadakı vəziyyətə dair fikir mübadiləsi aparıblar. Danışıqlarda İdlibdəki vəziyyət və bölgədə təhlükəsizliyin təmin olunması məsələləri müzakirə olunub.

Qeyd edək ki, bu gün İstanbulda Türkiyə, Almaniya, Fransa və Rusiya liderlərinin iştirakı Suriya münaqişəsinə dair dördtərəfli zirvə görüşü başlayıb. Zirvədə Türkiyə, Rusiya və Fransa prezidentləri və Almaniya kansleri ilə yanaşı, BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Steffan de Mistura da iştirak edir.

Xəbər lenti
0