Ermənistan hökumətinin binasını partlatmaq istədilər

© Sputnik / Ashot SafaryanПолицейские перед домом Правительства (27 октября 2018). Еревaн
Полицейские перед домом Правительства (27 октября 2018). Еревaн - Sputnik Azərbaycan
Abunə olmaq
Olay zamanı Nikol Paşinyan binada olub

BAKI, 27 oktyabr - Sputnik. Ermənistanda əlində qumbara olan naməlum şəxs hökumət binasına daxil olaraq onu partlatmaq istəyib. Onu təhlükəsizlik xidmətinin əməkdaşları saxlayaraq, zərərsizləşdiriblər.

Sputnik Ermənistan xəbər verir ki, hazırda binanın mühafizəsi gücləndirilib, ətrafda xeyli sayda polis əməkdaşı toplanıb.

Milli Təhlükəsizlik Xidmətinin mətbuat katibi Samson Qaltsyan deyib ki, 1975-ci il təvəllüdlü kişi bu gün əlində qumbara ilə Ermənistanın hökumət binasına daxil olub, lakin təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən zərərsizləşdirilib".

© Sputnik / Ashot SafaryanПолицейские перед домом Правительства (27 октября 2018). Еревaн
Ermənistan hökumətinin binasını partlatmaq istədilər - Sputnik Azərbaycan
Полицейские перед домом Правительства (27 октября 2018). Еревaн

Onun əynində hərbi geyin olub. Ermənistan Milli Təhlükəsizlik Xidməti həmin şəxsi naməlum istiqamətdə aparıb.

Məlumdur ki, hadisəni Yexeqnadzor sakini törədib. Xeyli borcu yığılan kişi silahlanaraq, hökumətdən maliyyə yardımı tələb edib, əks halda qumbaranı partladacağını bəyan edib.

Hadisə yerinə Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Artur Vanetsyan gəlib.

Olay zamanı Nikol Paşinyan binada olub.

Xəbər lenti
0