BAKI, 27 oktyabr - Sputnik. Bu gün İstanbulda Türkiyə, Rusiya, Fransa prezidentlərinin və Almaniya kanslerinin iştirakı ilə dördtərəfli Suriya zirvəsi keçirilib.
Sputnik Azərbaycan “Sözçü”yə istinadla xəbər verir ki, görüşü Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan açıb.
“Bütün dünyanın gözü bu toplantıdadır. Suriyada insanlıq dramının qarşısını almaq üçün görüşürük. Bizdən gözləntiləri doğruldacağımıza inanıram” – deyə o bildirib.
Zirvədən əvvəl isə Ərdoğan Rusiya prezidenti Vladimir Putin, Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Angela Merkellə təkbətək görüş keçirib.
Zirvə toplantısı 1 saat davam edib.